“Gəncə”nin heyəti formalaşıb: 6 yerli, 6 legioner

Xəbərlər
9 Oktyabr 2023 15:00
225
“Gəncə”nin heyəti formalaşıb: 6 yerli, 6 legioner

“Gəncə” basketbol klubu 10 gün əvvəl yeni mövsümün hazırlıqlarına start verib.

İdman.biz xəbər verir ki, ötən mövsümlə müqayisədə büdcəsi azalan komandada 12 basketbolçu yer alıb.

Kollektiv 5 amerikalı, 1 kanadalı və 6 gənc yerli basketbolçudan təşkil olunub. Komandanı türkiyəli mütəxəssis Bədri Məriç çalışdıracaq. Onun köməkçisi Rizvan Səfərovdur.

“Gəncə”nin heyəti belədir: Əlibəy Məmmədli, Tarıyel Yusifzadə, Maqsud Rüstəmov, Rüfət Mahmudzadə, Orxan Abbasov, Nicat Hüseynov, Derek Rouds, Neyt Sprinqs, Kenyon Dulinq, Tevon Horton, Culs Mur (hamısı ABŞ), İrşaad Hant (Kanada).

İdman.biz