"Fənərbağça" - "Beşiktaş" matçı yarımçıq dayandırılıb

Xəbərlər
2 Oktyabr 2024 23:08
1 280
"Fənərbağça" - "Beşiktaş" matçı yarımçıq dayandırılıb

"Fənərbağça" və "Beşiktaş" arasında keçirilən qadınlar arasında FIBA Superkubok matçı yarımçıq dayandırılıb.

İdman.biz xəbər verir ki, buna səbəb azarkeşlərin meydana partlayıcı maddələr atması olub.

Oyun cəmi 1 dəqiqə 56 saniyə davam edib. Təhlükəsizlik səbəbindən iki komandanın basketbolçuları soyunub-geyinmə otağına yollanıb, azarkeşlər isə arenadan təxliyyə olunub.

FİBA Avropanın prezidenti Xorxe Qarbaxoza, Türkiyə Basketbol Federasiyasının prezidenti Hidayət Türkoğlu, həmçinin klubların rəhbərləri Ali Koç və Hasan Arat arasında keçirilən toplantıdan sonra oyunun sabah keçirilməsinə qərar verilib.

İdman.biz