“Şəki” nigeriyalı baş məşqçiyə tapşırılıb

Xəbərlər
7 Oktyabr 2023 12:03
178
“Şəki” nigeriyalı baş məşqçiyə tapşırılıb

“Şəki” Azərbaycan Basketbol Liqasının yeni mövsümünə iddialı başlamaq niyyətindədir.

İdman.biz xəbər verir ki, bu məqsədlə komanda heyətinə ciddi əl gəzdirib.

“Şəki” baş məşqçi postunu nigeriyalı mütəxəssis Aleksandr Ovoyçoya etibar edib. Bu çalışdırıcı Azərbaycan Basketbol Federasiyasının təşəbbüsü ilə komandaya gətirilib.

Klubun heyəti tam komplektləşməsə də, artıq heyətdə 12 basketbolçu var. Onlardan 3-ü - Oduleye Adeboyo, Dibal Paul Solomon və Toyin Arosanyin Solomon nigeriyalıdır. Komanda Tərlan Abduləzizov, Kamal İmamverdiyev, Məhəmməd Sadıqov, Hüseyin Əsgərli, Nihat Tağıyev, İdris Məmmədli, Nadir Əhmədov, Zumrad Ankbazov və Emin Cəfərovla yeni müqavilə imzalayıb. Gələn həftə isə “Şəki”yə Konqodan Lenda Dimersia və ABŞ-dan Klark Kriss də qoşulacaq.

Qeyd edək ki, “Şəki” yeni mövsümdə də rəqiblərini eyniadlı şəhərdə qəbul edəcək.

Emin Ağa

İdman.biz