Emin Əmrullayev: “Böyük basketbol Azərbaycana gəlir”

Xəbərlər
6 Oktyabr 2023 11:34
118
Emin Əmrullayev: “Böyük basketbol Azərbaycana gəlir”

Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev “Sabah” klubunun FIBA Avropa kubokunda əsas mərhələyə yüksəlməsi ilə bağlı paylaşım edib.

İdman.biz xəbər verir ki, o, yarışda uğur qazanan komandanı təbrik edib.

Federasiya prezidenti bildirib ki, bu, Azərbaycan basketbolu üçün tarixi nailiyyətdir: “Böyük basketbol Azərbaycana gəlir”.

Qeyd edək ki, “Sabah” Avropa kubokunun təsnifat mərhələsində “Donar Qroningen” (Niderland), “Rabotniçki” (Şimali Makedoniya) və “Rapid”i (Rumıniya) məğlub edərək, qrup birincisi kimi yarışda mərhələ adlayıb.

İdman.biz