“Sabah”ın baş məşqçisi: “Ümid edirəm, tədricən daha yaxşı oyun sərgiləyəcəyik”

Xəbərlər
3 Oktyabr 2023 09:16
99
“Sabah”ın baş məşqçisi: “Ümid edirəm, tədricən daha yaxşı oyun sərgiləyəcəyik”

"İlk növbədə həmkarım və sabiq oyunçum Andrej Stimacı yaxşı komanda formalaşdırdığına görə təbrik edirəm. Onlar həqiqətən yaxşı oyun sərgilədilər”.

İdman.biz xəbər verir ki, bunu “Sabah” basketbol klubunun baş məşqçi Boban Mitev deyib.

Təcrübəli mütəxəssis komandasının "Donar Qroningen" (Niderland) oyununu dəyərləndirib. O, 75:72 hesabı ilə qalib gəldiklər matç üçün basketbolçularına və ona bu klubda işləmək imkanı yaradan insanlara təşəkkür edib: “Qələbəmizi Azərbaycan basketboluna həsr edirik. 18 ildən sonra avrokuboklara qatıldıq və ilk qələbəmizi qazandıq. Oyuna gəldikdə, biz yeni komandayıq. Yeni komanda qururuq. Ümid edirəm, tədricən daha yaxşı oyun sərgiləyəcəyik. Növbəti oyunumuz "Rabotniçki"yə qarşı olacaq. Şanslar bərabərdir".

Qeyd edək ki, Skopyedə keçirilən qrup oyunlarının II turunda “Sabah” "Rabotniçki" (Şimali İrlandiya) ilə üz-üzə gələcək. Bu gün baş tutacaq matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

İdman.biz