Basketbol üzrə Azərbaycan çempionatının başlama vaxtı dəqiqləşib - EKSKLÜZİV

Xəbərlər
30 Sentyabr 2023 12:48
Basketbol üzrə Azərbaycan çempionatının başlama vaxtı dəqiqləşib - EKSKLÜZİV

Azərbaycan Basketbol Liqasında 2023/24 mövsümünün başlama vaxtı dəqiqləşib.

İdman.biz saytının əldə etdiyi məlumata görə, yarış oktyabrın 22-də start götürəcək.

Yeni mövsümdə 10 komanda çempionluq uğrunda mübarizə aparacaq. Bunlar “Sabah”, NTD INDIGO (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Şəki”, “Cəlilabad”, “Xəzri” və “Sumqayıt” klublarıdır. Yeni mövsümdə “Cəlilabad”, “Xəzri” və “Sumqayıt” debüt edəcək.

Çempionatın reqlamentinə əsasən, ilk mərhələ 2 dövrədən ibarət olacaq. Ardınca mübarizəni “8-lik” davam etdirəcək. Daha 1 dövrədən sonra axırıncı 2 klub yarışla vidalaşacaq. “Altılıq”da ilk 2 pillənin sahibi birbaşa yarımfinala yüksələcək. Digər 4 komanda daha 2 yarımfinalçını müəyyənləşdirəcək.

Qeyd edək ki, gərgin keçən ötən mövsümü “Sabah” çempion kimi başa vurub.

Emin Ağa

İdman.biz