"Sabah" Avropa Kuboku üçün Skopyeyə yollanıb

Xəbərlər
30 Sentyabr 2023 12:11
183
"Sabah" Avropa Kuboku üçün Skopyeyə yollanıb

"Sabah" FIBA Avropa Kubokunun təsnifat mərhələsinin qrup oyunlarında iştirak üçün Şimali Makedoniyaya yollanıb.

İdman.biz xəbər verir ki, Azərbaycan təmsilçisi bu gün Bakı vaxtı ilə saat 21:25-də Skopye şəhərinə çatacaq.

"Sabah" qrup mərhələsində ilk oyununu oktyabrın 2-də saat 19:30-da Niderlandın "Donar Qroningen" klubuna qarşı keçirəcək.

Oyun İctimai Televiziyanın rəsmi YouTube kanalı vasitəsilə canlı yayımlanacaq.

İdman.biz