Azərbaycan Moldovanı məğlub edib

Xəbərlər
10 İyul 2024 18:33
395
Azərbaycan Moldovanı məğlub edib

16 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatının C divizionunda qrup mərhələsi davam edir.

İdman.biz xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada keçirilən turnirdə II turun matçları keçirilib.

A qrupunda mübarizə aparan Azərbaycan millisi Moldova ilə qarşılaşıb. Startda Albaniyaya uduzan Tahir Baxşıyevin yetirmələri bu dəfə qələbə qazanıblar. Basketbolçularımız yalnız 2-ci periodda rəqibin ciddi müqaviməti ilə üzləşiblər. İkinci hissədə rəqibə cəmi 18 xal qazanmaq şansı verən millimiz 78:55 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, yığmamız iyulun 11-də saat 16:30-da Malta ilə qarşılaşacaq.

U-16-lar (oğlanlar) arasında Avropa çempionatı
C divizionu, A qrupu
II tur, 10 iyul
16:30. Azərbaycan – Moldova - 78:55 (20:11, 9:26, 23:9, 26:9)

Feti Borova Milli Olimpiya Mərkəzi

1

Azərbaycan

2

1

1

134-115

3

2

Moldova

2

1

1

127-139

2

3

Albaniya

1

1

0

60-56

2

4

Malta

1

0

1

61-72

1

İdman.biz

Məqalədə: