Millimizdən ikinci darmadağın - FOTO

Xəbərlər
10 İyul 2024 14:20
474
Millimizdən ikinci darmadağın - FOTO

16 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının C divizionunda növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, A qrupunda yer alan yığmamız Gürcüstanı sınağa çəkib.

İlk turda Ermənistanı darmadağın edən basketbolçularımız bu dəfə də böyük fərqlə qalib gəlib. İlk saniyələrdən üstünlüyü ələ alan millimiz ikinci darmadağınla turnir cədvəlində liderliyini möhkəmlədib.

Qeyd edək ki, yığmamız sabah baş tutacaq son turda Kiprlə üz-üzə gələcək.

U-16-lar (qızlar) arasında Avropa çempionatı

C divizionu, A qrupu
II tur, 10 iyul
12:30. Azərbaycan - Gürcüstan - 97:40 (29:6, 23:12, 23:13, 22:9)

Cəbəllütariq. “Tersentenari” İdman Zalı

1

Azərbaycan

2

2

0

183-99

4

2

Kipr

1

1

0

48-47

2

3

Gürcüstan

2

0

2

87-145

2

4

Ermənistan

1

0

1

59-86

1

İdman.biz

Məqalədə: