Onlar ermənilərə qarşı oynayacaq - HEYƏT

Xəbərlər
9 İyul 2024 10:14
873
Onlar ermənilərə qarşı oynayacaq - HEYƏT

16 yaşadək qızlar arasında Avropa çempionatının C divizionunda mübarizə aparacaq Azərbaycan millisinin heyəti bəlli olub.

İdman.biz xəbər verir ki, yığmamız turnirdə 12 basketbolçu ilə mübarizə aparacaq.

Baş məşqçi Evren Alkaya və köməkçisi Aygün Eynullayeva heyətə Aylin Əkbərzadə, Leyla Allahverdiyeva, Nəzrin Almazova, Dəniz Gokçöl, Mədinə Məmmədova, Angelina İsmayılova, Ayan Aslan, Sofiya Kərimova, Sitarə Abbasova, Aylin Niftəliyeva, Nigar Maysarova, Vanesa Çokarovanı daxil edib.

Qeyd edək ki, Cəbəllütariqdə keçiriləcək turnirdə millimizin rəqibləri Ermənistan, Gürcüstan və Kipr yığmalarıdır.

İdman.biz

Məqalədə: