Alberto Branko: “Məqsəd yalnız qalib gəlməkdir”

Xəbərlər
24 İyun 2024 20:41
269
Alberto Branko: “Məqsəd yalnız qalib gəlməkdir”

"Təlim-məşq toplantısı 10-12 gün davam etdi".

İdman.biz xəbər verir ki, bunu basketbol üzrə Azərbaycan U-20 millisinin baş məşqçisi Alberto Blanko deyib.

İspaniyalı mütəxəssis komandanın təlim-məşq toplanışı və Avropa çempionatı ilə bağlı fikirləri bildirib: "Göründüyü kimi hazırlıq bir az uzun çəkdi. Oyunçuların hazırlığından razıyam. Hələlik Rumıniyaya kimlərin yollanacağını müəyyənləşdirməmişəm. Gələn həftə hər şeyə aydınlıq gələcək. Rəqiblərə gəlincə, bizi çətin sınaq gözləyir. Biz hələ qrupda qələbə qazanmamışıq. Məqsəd yalnız qalib gəlməkdir".

Qeyd edək ki, milli iyulun 12-21-də Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatı B divizionunda iştirak edəcək.

İdman.biz