Millimiz təlim-məşq toplanışının ikinci mərhələsinə start verib - FOTO

Xəbərlər
24 İyun 2024 18:54
436
Millimiz təlim-məşq toplanışının ikinci mərhələsinə start verib - FOTO

İyunun 20-də 20 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışının ikinci mərhələsinə başlayıb.

İdman.biz xəbər verir ki, yığmamız Memarlıq və İnşaat Universitetinin idman zalında hazırlıq keçir.

İspaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi komanda hazırlıq prosesində taktiki və texniki hücum-müdafiə planları üzərində çalışıb.

Məşqlərdə əsas məqsəd iyulun 12-21-də Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatı B divizionunun oyunlarına hazırlıqdır.

Qeyd edək ki, təlim-məşq toplanışının ikinci mərhələsi iyulun 4-dək davam edəcək.

İdman.biz