Basketbolçu seçimlərinə start verilib - FOTO

Xəbərlər
23 İyun 2024 13:46
211
Basketbolçu seçimlərinə start verilib - FOTO

Azərbaycan Basketbol Federasiyasının (ABF) məşqçi mütəxəssislərindən ibarət nümayəndə heyəti seçim aparıb.

İdman.biz xəbər verir ki, respublikanın rayon və şəhər məktəblərində təhsil alan 2012-2015-ci il təvəllüdlü şagirdlər arasından fiziki və funksional göstəriciləri basketbola uyğun oğlan və qızları seçilərək qeydiyyata alınıb.

Seçimlərin növbəti mərhələsinə isə bu gün start verilib. Şagirdlər bu mərhələdə basketbolun təməl başlanğıc hərəkətlərinin praktiki məşqlərini yerinə yetiriblər. Mərhələni uğurla tamamlamış şagirdlər, növbəti mərhələdə bacarıqlarını nümayiş etdirəcəklər.

Qeyd edək ki, paytaxt və regionlarda seleksiya xarakterli təlimlər, yay ayları boyunca davam edəcək.

İdman.biz