Uğursuzluq ona bağışlanılmayıb

Xəbərlər
19 İyun 2024 20:24
105
Uğursuzluq ona bağışlanılmayıb

NBA təmsilçisi “Detroyt Pistons” baş məşqçisini istefaya göndərib.

İdman.biz xəbər verir ki, Monte Uilyamsla əməkdaşlığa son qoymaq qərarı verilib.

2023-cü ildən komandaya başçılıq edən mütəxəssislə 6 illik müqavilə imzalanmışdı. Amma “Detroyt”un rəhbərliyi Uilyamsın gələcək planlarına daxil olmadığını bildirib.

Qeyd edək ki, “Pistons” müntəzəm çempionatı Şərq konfransında sonuncu pillədə başa vurub. Komanda cəmi 14 oyunda qələbə qazanıb, 68 dəfə uduzub.

İdman.biz