Millimiz 1/4 finalda mübarizəni dayandırıb

Xəbərlər
15 İyun 2024 22:51
110
Millimiz 1/4 finalda mübarizəni dayandırıb

Bu gün basketbolun 3x3 növü üzrə Qadın seriyasının Klermon-Ferran mərhələsinə yekun vurulub.

İdman.biz xəbər verir ki, Azərbaycan yığması 1/4 finalda ev sahibi Fransaya qarşı mübarizə aparıb.

Basketbolçularımız güclü rəqiblə görüşdə 20:21 hesabı ilə uduzublar.

Qadın seriyası
15 iyun

22:20. Fransa – Azərbaycan - 21:20

Qeyd edək ki, millimiz D qrupunda Filippinlə 22:17 hesabı ilə qalib gəlib, Niderlanda 12:21 hesabı ilə uduzub. Komandamız növbəti mərhələyə qrup ikincisi kimi yüksəlib.

İdman.biz

Məqalədə: