Millimiz Bordoda oynayacaq

Xəbərlər
13 İyun 2024 10:46
95
Millimiz Bordoda oynayacaq

Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisinin qatılacağı daha bir turnir bəlli olub.

İdman.biz xəbər verir ki, yığmamız Qadın seriyasının Bordo mərhələsində iştirak edəcək.

Turnir iyulun 9-10-da baş tutacaq. Yarışda mübarizə aparacaq 14 komanda bəllidir.

Millimizin rəqibləri arasında Almaniya, Fransa, Niderland, İspaniya, Polşa İtaliya, Monqolustan, Çexiya, İsrail, Avstriya, İrlandiya, Puerto Riko yığmaları olacaq. Macarıstanın “Qyor” klubu da Fransadakı turnirə qatılacaq.

Qeyd edək ki, hələlik yalnız Qəbələ mərhələsində iştirak edən yığmamız sabah Klermon-Ferranda mübarizəyə başlayacaq. İyulun 4-5-də isə millimizi Friburq sınağı gözləyir.

İdman.biz

Məqalədə: