Ataman 10 min dollar cərimələnib

Xəbərlər
8 İyun 2024 01:14
231
Ataman 10 min dollar cərimələnib

"Panatinaikos" basketbol klubunun baş məşqçisi Ergin Ataman 10 min dollar cərimələnib.

İdman.biz xəbər verir ki, buna səbəb onun hakimləri tənqid etməsidir.

Hadisə Yunanıstan liqasında final seriyasının ilk matçından sonra baş verib. Ataman "Panatinaikos"un "Olimpiakos"a 84:89 hesablı məğlubiyyətində hakimləri günahlandırıb. O, Yunanıstan futbolunda əcnəbi hakimlərin niyə dəvət olunduğunu anladığını deyib. Türkiyəli mütəxəssis eyni addımın basketbolda da atılmasının vacibliyini qeyd edib.

Qeyd edək ki, Ataman "Panatinakos"u 13 ildən sonra Avroliqanın çempionu edib.

İdman.biz