Basketbol üzrə oğlanlardan ibarət Azərbaycanın U-16 və U-18 komandaları Şəki Olimpiya İdman Kompleksində təlim-məşq toplanışının birinci mərhələsinə start veriblər.
İdman.biz xəbər verir ki, Tahir Baxşıyev və Polad Həsənovun rəhbərlik etdiyi U-16, Anar Sarıyev və Fərid Əmirovun məşqçiləri olduğu U-18 millilərimiz gündə iki dəfə olmaqla hazırlıqlarını davam etdirirlər.
Komandalarımızın toplanışı 9-14 iyul Albaniyanın paytaxtı Tirana (U-16) və 23-28 iyul Elbasanda keçiriləcək Avropa çempionatı C divizionunun oyunlarında uğurlu iştiraka hesablanıb.
Qeyd edək ki, təlim-məşq toplanışının birinci mərhələsi 15 iyuna qədər davam edəcək.
İdman.biz