Qəbələ mərhələsinin təqvimi açıqlanıb - FOTO

Xəbərlər
29 May 2024 16:26
181
Qəbələ mərhələsinin təqvimi açıqlanıb - FOTO

Basketbolun 3x3 növü üzrə Qadın Seriyasının Qəbələ mərhələsinin təqvimi bəlli olub.

İdman.biz xəbər verir ki, iyunun 2-3-də keçiriləcək turnirdə iştirak edəcək 8 komanda 2 qrupa bölünüb.

Azərbaycan, Portuqaliya, "Baku Flames" və "Varsav Lotto" A qrupunda yer alıb. B qrupunda isə Polşa, İtaliya, Rumıniya və "Barselona Panters" mübarizə aparacaq.

Mərhələnin açılış oyununda Azərbaycan millisi və yeni yaranmış "Baku Flames" üz-üzə gələcək. Oyun saat 16:30 -da başlayacaq. Görüş "İdman TV" vasitəsilə canlı yayımlanacaq.

2 iyun
I tur

16:30. Azərbaycan – "Baku Flames"
16:55. Polşa - "Barselona Panters"
17:20. Portuqaliya – "Varşav Lotto"
17:45. İtaliya - Rumıniya

II tur
18:10. "Baku Flames" – "Varşav Lotto"
18:35. "Barselona Panters" – Rumıniya
19:00. Azərbaycan – Portuqaliya
19:25. Polşa – İtaliya

III tur
20:00. Portuqaliya – "Baku Flames"
20:25. İtaliya – "Barselona Panters"
20:50. "Varşav Lotto" – Azərbaycan
21:15. Rumıniya – Polşa

3 iyun
1/4 final

17:00. B2 – A3
17:25. A2 – B3
1/2 final
18:00. A1 – B2/A3
18:25. B1 – A2/B3

Final
19:20. A1/B2/A3 – B1/A2/B3

İdman.biz

Məqalədə: