Çempiondan darmadağın - VİDEO

Xəbərlər
19 May 2024 21:28
314
Çempiondan darmadağın - VİDEO

Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının növbəti oyunu keçirilib.

İdman.biz xəbər verir ki, “Sabah”la “Xəzri” ikinci duelə çıxıb.

Qarşılaşma "Sərhədçi" İdman Mərkəzində baş tutub. İlk görüşdə uduzan çempion revanş ala bilib.

Üç qələbəyə qədər davam edən seriyanın növbəti matçı mayın 22-də keçiriləcək.

Qeyd edək ki, çempionatda bürünc medalları NTD-İNDİQO qazanıb.

Azərbaycan Basketbol Liqası
Final, 2-ci oyun
19 may
19:30. “Xəzri” – “Sabah” - 63:94 (13:24, 16:22, 17:29, 17:19)

"Sərhədçi" İdman Mərkəzi
Seriyada hesab – 1:0

İdman.biz