Uğur Özdemir: “İstəyimiz var idi, alınmadı”

Xəbərlər
19 May 2024 00:48
78
Uğur Özdemir: “İstəyimiz var idi, alınmadı”

“35 dəqiqə gözəl mübarizə apardıq. Son 5 dəqiqədə mənim saydığım ən azı 5 kobud və bəsit səhvlər var idi”.

İdman.biz xəbər verir ki, bunu “Xırdalan” basketbol klubunun baş məşqçisi Uğur Özdemir deyib.

Türkiyəli mütəxəssisi 3-cü yer uğrunda keçirilən 2-ci görüşdə məğlubiyyəti şərh edib: “Bu səhvlər bizim matçı uduzmağımıza gətirib çıxardı. Müdafiədə zəif oynadıq. Ən üst sırada bitirmək istəyimiz var idi. Amma alınmadı. Oyunçularımla fəxr edirəm. Çox yaxşı mövsüm keçirdilər. Bir ailə kimi idik. Daim mübarizə apardılar. Onlara təşəkkür edirəm. Əlimizdə olam imkanlar çərçivəsində ən yaxşı işi ortaya qoyduğumuzu düşünürəm. Mövsüm ərzində bizi dəstəkləyənlərə təşəkkür edirəm. Federasiyaya da ayrıca təşəkkür etmək istəyirəm. Bizə çox böyük dəstək verdilər. Çox gözəl bir mövsüm yaşadıq”.

Qeyd edək ki, seriyanın hər 2 oyununda uduzan “Xırdalan” Azərbaycan Basketbol Liqasını 4-cü pillədə başa vurub.

İdman.biz