Tahir Baxşıyev: “Çoxlu səhvlər buraxdıq”

Xəbərlər
8 May 2024 23:21
Tahir Baxşıyev: “Çoxlu səhvlər buraxdıq”

“Bu gün bizdə çox şey alınmırdı”.

İdman.biz xəbər verir ki, bunu NTD-İNDİQO-nin baş məşqçisi Tahir Baxşıyev deyib.

Gənc mütəxəssis Azərbaycan Basketbol Liqasında pley-offun yarımfinalında “Xəzri”yə 61:63 hesablı məğlubiyyəti şərh edib: "Çoxlu səhvlər buraxdıq. Üç xallıq atışlarımız da alınmırdı. Elə məqamlar olurdu ki, üç oyunçu ilə rəqibin iki basketbolçusuna qarşı çıxırdıq, lakin hücumu tamamlaya bilmirdik. Uzun müddət oynamırdıq. Bu da çıxışımıza təsir etdi. "Xəzri" yaxşı oyun ritmində idi. Ancaq bu bəhanə ola bilməz. Məğlub olduq, ancaq bu ilk görüş idi. Qarşıda bizi cavab oyunu gözləyir. Bir məşqimiz olacaq. Hər şeyi müzakirə edəcəyik və nəticə çıxaracağıq. Daha yaxşı oynamağa çalışacağıq".

Qeyd edək ki, “Xəzri” seriyada 1:0 önə keçib. Komandalar arasında 2-ci oyun mayın 11-də olacaq.

İdman.biz