Avroliqa lisenziyasını itirmək təhlükəsi

Xəbərlər
7 May 2024 18:22
80
Avroliqa lisenziyasını itirmək təhlükəsi

“Baskoniya” basketbol üzrə Avroliqadakı yerini itirmək təhlükəsi ilə üzləşib.

İdman.biz xəbər verir ki, bu, komanda İspaniya çempionatını 10-ci pillədə başa vuracağı təqdirdə baş verə bilər.

Avroliqa Əsasnaməsinin 6-cı Maddəsinə əsasən, klub daxili çempionatı orta sıradan aşağı pillələrdə başa vurarsa, lisenziyadan məhrum ediləcək. Hazırda “Baskoniya” 18 komandanın iştirakı ilə keçirilən turnirdə 9-cu pillədə qərarlaşıb. Mövsümün bitməsinə 2 tur qalmış klub ən yaxın izləyicisi “Xoventud”u az fərqlə qabaqlayır.

Qeyd edək ki, “Baskoniya” bu mövsümdə Avroliqada pley-offa yüksəlsə də, “Real”a uduzub.

İdman.biz