Çempiondan qələbə ilə start - VİDEO - FOTO

Xəbərlər
7 May 2024 21:34
Çempiondan qələbə ilə start - VİDEO - FOTO

Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start verilib.

İdman.biz xəbər verir ki, ilk oyun günündə çempion “Sabah” “Xırdalan”la üz-üzə gəlib.

Bu, tərəflərin mövsümdə 3-cü qarşılaşması olub. Komandalar hərəyə 1 dəfə qalib gəliblər. Yarımfinalın ilk oyununda "Sabah" qalib gəlib. Çempion bu görüşdə ciddi çətinliklə üzləşməyib.

Seriyada 2 qələbə qazanacaq klub finala adlayacaq.

Qeyd edək ki, yarımfinalın digər cütündə sabah NTD-İNDİQO “Xəzri” ilə qarşılaşacaq.

Azərbaycan Basketbol Liqası
1/2 final, ilk oyun
7 may
19:30. "Sabah" – "Xırdalan" - 101:85 (30:27, 26:14, 23:19, 22:25)

"Sərhədçi" İdman Mərkəzi

İdman.biz