Amerikalı basketbolçu: “Özümü Azərbaycan vətəndaşı kimi hiss edirəm” – MÜSAHİBƏ

Müsahibə
4 May 2024 13:33
Amerikalı basketbolçu: “Özümü Azərbaycan vətəndaşı kimi hiss edirəm” – MÜSAHİBƏ

"Xırdalan"ın amerikalı basketbolçusu Jakori Arçinin İdman.bizə müsahibəsi

- "Neftçi" ilə pley-offun 2-ci matçında həlledici atışı siz etdiz. Oyunda 8-9 xal fərqlə geriyə düşsəz də sonradan toparlanmağı bacardız və yekunda qalib gəldiz. Buna necə nail olduz?

- Oyun əldən-ələ keçirdi. Bilirdim ki, mütləq xal qazanmalıyıq. Hücumda üstünlüyü ələ keçirəndən sonra nəyin bahasına olursa-olsun dəqiq atış atmalı olduğumu hiss etdim və bunu bacardım. Düzünü desəm, mövsüm ərzində çox çətinliklərə sinə gəldik. Bu bizə belə vəziyyətlərdə sakitləşməyi, toparlanmağı və oyundan-oyuna daha yaxşı olmağı öyrətdi. Məhz bunun sayəsində vacib qələbə qazandıq.

- Bu oyun ilə yarımfinalda "Sabah"ı üstələyəcəyinizə inanırsız?

- Geriyə qayıdıb əvvəlki oyunlara nəzər salıb, müəyyən çatışmayan cəhətləri aradan qaldırmağa çalışacağıq. "Sabah"a qarşı oyunda daha sərt oynayacağıq. Bu pley-offda əsas şey mümkün olduğu qədər çox xal qazanmaqdır və bu seriyada qalib olmaq üçün bunu etməliyik.

- Müntəzəm çempionatla pley-offun əsas fərqi nədir?

- İntensivlik çox yüksəkdir. Hər oyun vacibdir. Pley-offda məğlubiyyət olmaz. Bu, yalnız 3 seriyanın ən yaxşısıdır, ona görə də hər qarşılaşma bizim sonuncu kimidir. Pley-offların əsas fəlsəfəsi daha çox topa sahib olmaqdır. Yalnız bunun hesabına qələbə qazana bilərsiz.

- Artıq sizi çempionluqdan 2 addım ayırır. Yarımfinala yüksəlmək özgüvəninizi artırdımı? Çempionluq şanslarınızı nə qədər görürsüz?

- Mövsüm ərzində inamımız yüksək səviyyədə olub. Hər birimiz bu liqada qalib gələcəyimizə inanırıq. Amma şüarımız "oyundan-oyuna inkişaf" idi. Bütün basketbolçularımız qalib gəlmək istəyir, ona görə də biz məqsədimizə çatmaq üçün əlimizdən gələni edirik.

- Azərbaycan Basketol Liqasında göstəriciləriniz çox yaxşı olub. Yəqin ki, bir sıra klublar yeni mövsümdə xidmətinizdən maraqlı olacaqlar. Azərbaycanda qalmaq haqqında düşünürsünüz?

- Buna mövsüm bitdikdən sonra baxacağam. Başladığım işi başa çatdırmaq istəyirəm və dediyiniz kimi, fürsətlər olsa, mütləq nəzərdən keçirəcəyəm.

- Artıq Bakıya alışmısınızmı?

- Ötən ilin sentyabrından buradayam və özümü buranın bir vətəndaşı kimi hiss edirəm. Hazırda Bakıya çox öyrəşmişəm, özümü evdən uzaqdayam kimi hiss etmirəm.

- Bəs alışmadığınız məqamlar nələrdir?

- Şübhəsiz ki, dil bariyeri. Ünsiyyət qurmağa çalışmaq çətindir. Mən tamamilə fərqli mədəniyyətdən gəlirəm, çünki Amerikada çox şey Azərbaycandan fərqlidir. Amma düşünürəm ki, yenə də yaxşı uyğunlaşmışam.

Emin Ağa
İdman.biz

Məqalədə: