“Neftçi” - “Xırdalan” matçında yaşanan QALMAQALIN SƏBƏBİ – VİDEO

Xəbərlər
3 May 2024 13:51
174
“Neftçi” - “Xırdalan” matçında yaşanan QALMAQALIN SƏBƏBİ – VİDEO

ABL-nın pley-off mərhələsində “Xırdalan”ın “Neftçi”yə 76:73 hesabı ilə qalib gəldiyi oyundan sonra yaşanan insidentin səbəbi bəlli olub.

İdman.bizin əldə etdiyi məlumata görə, qalmaqala “Xırdalan”nın basketbolçusu Zeyver Brier səbəb olub.

Amerikalı legionerlə “ağ-qaralar”ın köməkçi məşqçisi Fərid Əmirov arasında oyunun gedişində mübahisə yaranıb. Matç bitdikdən sonra Brierin “evə gedin” deməsi Əmirovu özündən çıxarıb. Bundan sonra mütəxəssis rəqibin texniki heyəti üzərinə hücum edib. Onu sakitləşdirmək mümkün olub. Sonradan tərəflər arasında barışıq olub.

Qeyd edək ki, “Xırdalan” hər 2 oyunda “Neftçi”yə qalib gələrək yarımfinala yüksəlib. Onlar bu mərhələdə “Sabah”la qarşılaşacaqlar.

Emin Ağa

İdman.biz