Paris-2024: “Drim Tim”in heyəti açıqlanıb

Xəbərlər
18 Aprel 2024 11:26
Paris-2024: “Drim Tim”in heyəti açıqlanıb

Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək kişi basketbolçulardan ibarət ABŞ millisinin ilkin heyəti bəlli olub.

İdman.biz xəbər verir ki, “Drim Tim”də NBA-nın 12 ulduzu yer alıb.

Lebron Ceyms, Stef Karri və Kevin Durant da ulduzlar toplusuna daxil ediliblər. Komandaya Bam Adebayo, Devin Buker, Entoni Devis, Entoni Edvards, Coel Embiid, Ceyson Tatum, Kavay Leonard, Tires Halibarton və Ceyd Holidey də dəvət alıblar.

Qeyd edək ki, ABŞ millisi son 4 Olimpiadanın çempionudur.

İdman.biz

Məqalədə: