Azərbaycan çempion olub, Ukrayna sevinib

Xəbərlər
15 Aprel 2024 11:37
143
Azərbaycan çempion olub, Ukrayna sevinib

Basketbolun 3x3 növü üzrə qadınlar arasında 3-cü Olimpiya Təsnifat Turnirinin iştirakçılarının siyahısında dəyişiklik olub.

İdman.biz xəbər verir ki, buna səbəb Azərbaycan millisidir.

Yığmamız Honkonqda keçirilən 1-ci belə turnirdə qalib adını qazanıb. Bu üzdən Azərbaycan Macarıstanın Debretsen şəhərindəki yarışa qatılmayacaq.

Son üç vəsiqə üçün mübarizə aparacaq 16 komanda arasında Azərbaycanı əvəzləyəcək yığma da bəllidir. Millimiz Ukraynanın Olimpiya Təsnifat Turnirinə yolunu açıb.

Mayın 16-19-da baş tutacaq yarışda yığmamız A qrupunda Almaniya, Polşa və Tunis komandaları ilə üz-üzə gəlməli idi. Bu qrupda komandamızı ukraynalı qızlar əvəz edəcək.

Qeyd edək ki, Debretsendə 16 komanda dörd qrupda mübarizə aparacaq. Qruplarda ilk iki yeri tutan yığmalar pley-offa vəsiqə əldə edəcəklər. Yekunda Təsnifat Mərhələsində ilk 3 yeri tutan millilər Olimpiadaya lisenziyaya sahib çıxacaqlar.

İdman.biz

Məqalədə: