“Cəlilabad”ın baş məşqçisi: “Məğlub olsaq da...”

Xəbərlər
13 Aprel 2024 18:46
94
“Cəlilabad”ın baş məşqçisi: “Məğlub olsaq da...”

"Cari mövsümdə evdə sonuncu oyunumuzu keçirdik. Qalib gəlmək istərdik, lakin rəqibin gücü, heyəti nəticəyə təsirini göstərdi”.

İdman.biz xəbər verir ki, bunu "Cəlilabad"ın baş məşqçisi Şəhriyar Əsgərov deyib.

Azərbaycan Basketbol Liqasının XVII turunda NTD-İNDİQO-ya 87:108 hesabı ilə məğlub olan mütəxəssis məğlubiyyətə baxmayaraq komandanın oyunundan razı qaldığını bildirib: “Kapitanımız Zaur Paşayevin yoxluğuna rəğmən, komandam 3 period ərzində güclü rəqibə müqavimət göstərə bildi. Zaurun ayağında zədə olduğundan bu görüşdə iştirak etmədi. Həmçinin Camani Pirs də ailə məsələlərinə görə klubdan icazə almışdı və ABŞ-ə yollandığından bu matçda iştirak etmədi. Onların olmaması təsirini göstərsə də, komandanın mübarizliyindən razı qaldım. Düşünürəm ki, azarkeşlərimiz məğlub olsaq da oyundan razı qaldılar. Rəqibin heyətində cəlilabadlı Əkbər Məmmədovun gözəl çıxışını xüsusilə vurğulamaq istəyirəm. O, bu gün matçın ən yaxşısı idi".

Qeyd edək ki, bu “Cəlilabad”ın ardıcıl 4-cü məğlubiyyəti olub.

İdman.biz