Millimizin rəqibi yarımfinala vəsiqəni təmin edib

Xəbərlər
13 Aprel 2024 12:00
113
Millimizin rəqibi yarımfinala vəsiqəni təmin edib

Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət yığmalar arasında Olimpiya Təsnifat Turnirində növbəti oyun keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin rəqibləri üz-üzə gəliblər.

Qrupun favoriti Niderland Çilini sınağa çəkib. Favorit sayılan avropalılar çətin qələbə qazanıblar - 16:13. Bu qələbə niderlandlıları yarımfinala yüksəldib. Onlar daha öncə Monqolustandan da güclü olublar.

Qeyd edək ki, millimiz növbəti oyunlarını bu gün Monqolustan və Niderlanda qarşı keçirəcək.

İdman.biz

Məqalədə: