Paris-2024-ə son 2 addım: Azərbaycan millisi yarımfinalda - VİDEO

Xəbərlər
13 Aprel 2024 14:18
475
Paris-2024-ə son 2 addım: Azərbaycan millisi yarımfinalda - VİDEO

Basketbolun 3x3 növü üzrə qadın yığmaları arasında Olimpiya Təsnifat Turnirində qrup mərhələsi başa çatıb.

İdman.biz xəbər verir ki, Honkonqda təşkil olunan yarışda mübarizə aparan Azərbaycan millisi yarımfinala B qrupunda 2-ci yerin sahibi kimi yüksəlib.

Komandamız bu gün iki matç keçirib. Dünən baş tutan ilk turda Çilini 17:14 hesabı ilə məğlub edən komandamız öncə Monqolustanla görüşüb. Matçın gedişində 5 xal geri düşən basketbolçularımız əzmkar qələbə qazanıblar – 13:12.

Turnirə iki qələbə ilə başlayan millimiz kimi Niderland da yarımfinala vəsiqəni təmin edib. Liderlərin son turdakı dueli qrup qalibinin adına aydınlıq gətirib.

Tiffani Hayes, Aleksandra Mollenhauer, Dina Ulyanova və Marsedes Uolkerdən ibarət yığmamız Honkondqda ilk məğlubiyyətini alıb – 11:15. Millimizin yarımfinaldakı rəqibi digər qrupun son oyunlarından sonra dəqiqləşəcək.

Qeyd edək ki, yarımfinal və həlledici matçlar sabah baş tutacaq. Honkonqdakı turnirin qalibi Paris-2024 Yay Olimpiya Oyunlarına yeganə vəsiqəyə sahib çıxacaq.

Olimpiya Təsnifat Turniri
13 aprel
II tur

Azərbaycan – Monqolustan – 13:12
Niderland – Çili – 16:13

III tur
Çili – Monqolustan – 21:15
Azərbaycan – Niderland – 11:15

1

Niderland

3

3

0

51-31

+20

2

Azərbaycan

3

2

1

41-41

0

3

Çili

3

1

2

48-48

0

4

Monqolustan

3

0

3

34-54

-20

İdman.biz

Məqalədə: