Tompson “Orlando”nun hədəfində

Xəbərlər
8 Aprel 2024 18:47
131
Tompson “Orlando”nun hədəfində

“Qolden Steyt”un basketbolçusu Kley Tomposon yayda komandanı tərk edə bilər.

İdman.biz xəbər verir ki, “Orlando” təcrübəli müdafiəçini heyətində görmək arzusundadır.

Gənclərdən qurulan “Orlando” Kleyin təcrübəsindən yararlanmağın əleyhinə deyil. Tompson komandanın ən çox qazanan basketbolçusu ola bilər. “Qolden Steyt”in rəhbərliyi də yayda heyətdə yenilənmə aparacağını elan edib.

Qeyd edək ki, “üçlük” atışları ilə daha məşhur olan Kley orta hesabla hər oyuna 17,6 xal toplayır. O, 4 qat NBA çempionudur.

İdman.biz