Basketbol millimiz gümüş medal qazanıb

Xəbərlər
5 Aprel 2024 15:35
184
Basketbol millimiz gümüş medal qazanıb

Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Tailandda keçirilən beynəlxalq turnirdə iştirak edib.

İdman.biz xəbər verir ki, yığmamız turnirdə 4 matç keçirib.

Diana Ulyanova, Tatyana Denizkina, Aleksandra Mellenhauer və Mersedes Uelkerin yer aldığı komandamız bu oyunlardan ikisində qalib gəlib. Basketbolçularımız həlledici qarşılaşmada Almaniyanın “ZOOS” komandasına 15:17 hesabı ilə uduzaraq gümüş medal qazanıb.

Qeyd edək ki, turnir millimiz üçün aprelin 12-14-də Honq-Konqda baş tutacaq Olimpiya Təsnifat Turnirinə hazırlıq xarakteri daşıyır.

İdman.biz

Məqalədə: