"Qolden Steyt"in ulduzu 6-cı pillədə

Xəbərlər
3 Aprel 2024 18:49
"Qolden Steyt"in ulduzu 6-cı pillədə

Qolden Steyt Uorriorz”un basketbolçusu Kley Tompson NBA tarixində “üçlük” siyahısında 6-cı pilləyə yüksəlib.

İdman.biz xəbər verir ki, o, “Dallas Maveriks”lə oyunda iki dəqiq atışla yadda qalıb.

Tompson hesabında 2451 “üçlük” var. O, siyahıda karyerasını başa vuran Kayl Korveri qabaqlayıb. Kleyin komanda yoldaşı Stefen Karri 3719 cədvələ başçılıq edir.

Qeyd edək ki, son turda “Qolden Steyt” “Dallas”ı 104:100 hesabı ilə məğlub edib.

1. Stefen Karri — 3719.
2. Rey Allen — 2973.
3. Ceyms Harden — 2931.
4. Demyen Lillard — 2597.
5. Reci Miller — 2560.
6. Kley Tompson — 2451.
7. Kayl Korver — 2450.

İdman.biz