Azərbaycan Basketbol Liqasında XV turun oyunları davam edib.
İdman.biz xəbər verir ki, bu gün daha 2 matç keçirilib.
Lider “Xəzri” “Xırdalan” ilə üz-üzə gəlib. "Xırdalan"ın 5 oyunluq qələbə seriyası başa çatıb. Qarşılaşma "Xəzri" basketbolçularınün böyük üstünlüyü ilə yekunlaşıb.
NTD-İNDİQO isə Xaçmazda “Sərhədçi”dən güclü olub. Tahir Baxşıyevin komandası 10 xal fərqi ilə qalib gəlib.
Qeyd edək ki, turun ilk matçında “Neftçi” “Gəncə”yə 97:62 hesabı ilə qalib gəlib. Turun digər matçlarında sabah “Cəlilabad” Sabah”ı, martın 17-də isə “Şəki” “Sumqayıt”ı sınağa çəkəcək.
XV tur
15 mart
14:00. NTD-İNDİQO – “Sərhədçi” - 84:74 (24:21, 17:18, 23:20, 20:15)
Xaçmaz Olimpiya İdman Kompleksi
19:30. “Xırdalan” – “Xəzri” - 82:106 (22:32, 15:29, 22:18, 23:27)
Sərhədçi İdman Mərkəzi
| Xəzri BK | 15 | 13 | 2 | 1363-1226 (+137) | 28 | 
| NTD-İNDİQO | 15 | 11 | 4 | 1387-1205 (+182) | 26 | 
| Neftçi İK | 15 | 11 | 4 | 1302-1186 (+116) | 26 | 
| Sabah BK | 14 | 11 | 3 | 1369-1184 (+185) | 25 | 
| Xırdalan BK | 15 | 9 | 6 | 1358-1336 (+22) | 24 | 
| Sərhədçi PİK | 15 | 6 | 9 | 1281-1324 (-43) | 21 | 
| Cəlilabad BK | 14 | 5 | 9 | 1217-1273 (-56) | 19 | 
| Sumqayıt BK | 14 | 4 | 10 | 1185-1309 (-115) | 18 | 
| Gəncə BK | 15 | 3 | 12 | 1258-1401 (-143) | 18 | 
| Şəki BK | 14 | 0 | 14 | 1017-1302 (-285) | 14 | 
İdman.biz
 
         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                     
                     
                     
                    