Lebron səhhətindəki problemdən danışıb

Xəbərlər
7 Mart 2024 22:16
153
Lebron səhhətindəki problemdən danışıb

“Los-Anceles Leykers”in hücumçusu Lebron Ceyms səhhəti ilə bağlı açıqlama verib.

İdman.biz xəbər verir ki, o, topuğundakı zədədən əziyyət çəkdiyini bildirib.

Cemys çoxdan bu problemi yaşadığını deyib: “Topuğum məni narahat edir. Bu problem fasilədən əvvəl də var idi, indi davam edir. Gücüm daxilində bacardıqlarımı edirəm. Bəzi oyunlarda hər şey əla alınır. “Oklohoma” ilə görüşdə 4-cü perioda kimi heç nə hiss etmirdim. Hər oyun fərqlidir”.

Qeyd edək ki, “Los Anceles” son oyunda “Sakramento Kinqz”ə 120:130 hesabı ilə uduzub. Ceyms bu görüşdə 31 xal toplayıb.

İdman.biz