Anar Sarıyev: “Yaxşı oyun alınmadı”

Xəbərlər
1 Mart 2024 21:32
404
Anar Sarıyev: “Yaxşı oyun alınmadı”

“Məncə, oyundan-oyuna daha yaxşı göstəricilərimiz olmalıdı”.

İdman.biz xəbər verir ki, bunu “Neftçi” basketbol klubunun baş məşqçisi Anar Sarıyev deyib.

Gənc mütəxəssis komandasının Azərbaycan kubokundakı ilk qələbəsini şərh edib: "O qədər də yaxşı oyun alınmadı. Azərbaycan kuboku bir qədər fərqli turnirdi. Təbii ki, burada şərtlər başqadır. Ona görə meydanda üç yerli və iki əcnəbi oyunçu olur. Belədə uşaqlar komanda olaraq bu sistemə hələ tam hazır olmadıqları üçün o qədər də yaxşı anlaşa bilmirlər. Deyim ki, əcnəbi oyunçular da hələ bu turnirə tam öyrəşməyiblər. Birinci gün məşqdə yenə də danışacağıq, səhvlərimizi təhlil edəcəyik və inanıram ki, "Xırdalan"la oyuna daha yaxşı hazırlaşacağıq."

Qeyd edək ki, “Neftçi” “Sumqayıt”a 87:76 hesabı ilə qalib gəlib.

İdman.biz