ABŞ və Serbiya yarımfinala yüksəldi

Xəbərlər
5 Sentyabr 2023 19:31
77
ABŞ və Serbiya yarımfinala yüksəldi

Basketbol üzrə dünya çempionatında ilk yarımfinalçılar müəyyənləşib.

İdman.biz sayı xəbər verir ki, ABŞ və Serbiya komandaları mübarizəni davam etdirirlər.
Serbiya basketbolçuları Litva ilə görüşdə çətinlik çəkməyiblər. Oyunun favoriti litvalılar olsalar da, rəqib komanda inamlı qələbə qazanıb. Digər görüşdə amerikalılar favorit olduqlarını sübuta yetiriblər. Onlar 37 xal fərqi ilə qalib gəliblər.

Basketbol, dünya çempionatı
¼ final
5 sentyabr

Litva – Serbiya – 68:87
İtaliya – ABŞ – 63:100

İdman.biz