Dürantın “Finiks” arzuları

Xəbərlər
24 Fevral 2024 18:46
122
Dürantın “Finiks” arzuları

NBA ulduzu Kevin Dürant gələcəyi lə bağlı açıqlama verib.

İdman.biz xəbər verir ki, 35 yaşlı basketbolçu özünü “Finiks Sanz”da xoşbəxt hiss etdiyini deyib.

Dürant klubu şərəf zalında yer almaq arzusuna da gizlətməyib: “Bir çox komandada oynamışam. Əvvəlcədən nəsə demək istəmirəm, amma Finiksdə oynamaq xoşuma gəlir. Şəhəri və yerli azarkeşləri sevirəm. “Finiks”in tarixini anlamışam və onun bir hissəsi olmaq çox xoşdur. Nəvaxtsa klubun şərəf zalında yer almaq istərdim”.

Qeyd edək ki, müntəzəm çempionatda Dürant 50 oyun keçirib. O, bu görüşlərdə orta hesabla 28,1 xal toplayb.

İdman.biz

Məqalədə: