Ayversonun “5-liy”i

Xəbərlər
22 Fevral 2024 19:37
128
Ayversonun “5-liy”i

NBA-nın veteran basketbolçusu Allen Ayverson bütün dövrlərin ən yaxşı “5-liy”ini açıqlayıb.

İdman.biz xəbər verir ki, heyətdə karyerasını davam etdirən idmançılardan ikisi yer alıb.

Ayverson “Qolden Steyt”dən Stefan Karri və “Los-Anceles Leykers”dən Lebron Ceymsin adını çəkib. Heyətdə Maykl Cordan, Kobi Brayant və Şakil O Nil də yer alıb.

Qeyd edək ki, Allen 2001-ci ildə NBA-nın MVP-si seçilib. O, 4 dəfə müntəzəm çempionatın əm məhsuldar basketbolçusu olub (1999, 2001, 2002, 2005).

İdman.biz

Məqalədə: