Lebron karyerasını harada bitirəcək?

Xəbərlər
19 Fevral 2024 18:36
144
Lebron karyerasını harada bitirəcək?

NBA ulduzu Lebron Ceyms karyerasının qalan hissəssini harada keçirmək istədiyini açıqlayıb.

İdman.biz xəbər verir ki, o, “Los-Anceles Leykers”in bir hissəsi olduğunu deyib.

40 yaşlı basketbolçu NBA-da neçə mövsüm oynayacağını müəyyən etməyib: “Neçə mövsüm oynayacağımı hesablamamışam. Bilirim ki, bu, çox deyil. Amma mən “Leykers”in bir hissəsiyəm. Son 6 ildə komandanın basketbolçusu olduğum üçün çox xoşbəxtəm. Bunun nə ilə bitəcəyini bilmirəm, lakin nəvaxtsa bitməlidir”.

Qeyd edək ki, Lebron 20 dəfə Ulduzların Matçında oynamaqla rekorda imza atıb.

İdman.biz

Məqalədə: