Karri-Ceyms planı baş tutmayıb

Xəbərlər
14 Fevral 2024 18:33
164
Karri-Ceyms planı baş tutmayıb

Lebron Ceyms “Qolden Steyt Uorriorz”a səs-küylü keçidi baş tutmayıb.

İdman.biz xəbər verir ki, bu barədə NBA-nın ən tanınmış jurnalistlərindən biri məlumat yayıb.

Edrian Voynarovskinin sözlərinə görə, “Qolden Steyt” Stefan Karri-Lebron Cemys duetini bir araya gətirmək istəyib. Bu məqsədlə, “Los-Anceles Leykers”lə danışıqlar aparan komandanın arzusu son anda reallaşmayıb. Danışıqlar klub sahibləri və menecerləri arasında aparılıb.

Qeyd edək ki, Lebron bu mövsümdə orta hesabla 24,6 xal toplayıb, 7,7 ötürmə edib.

İdman.biz