Karri qələbə atışını şərh edib

Xəbərlər
11 Fevral 2024 13:38
168
Karri qələbə atışını şərh edib

NBA-da “Qolden Steyt Uorriorz”un oyun qurucusu Stefen Karri növbət dəfə komandasına qələbə qazandırıb.

İdman.biz xəbər verir ki, onun son saniyədə səbətə göndərdiyi “üçlüy” sayəsində “Finiks Sans”ı 113:112 hesablı məğlub edilib.

Karri oyundan sonra emosiyalarını bölüşüb: “Bizə qələbə qazandıracaq atışı həyata keçirməyin vaxtı idi. Bir neçə uğursuz əhd olmuşdu. Bizə dəqiq atış lazım idi. Belə davam etməliyik, vacib qələbə qazandıq”.

Qeyd edək kki, Karri sona 0,7 saniyə qalmış dəqiq atışla “Qolsen Steyt”ə qələbə qazandırıb. O, 30 xalla komandasının ən məhsuldar oyunçusu olub.

İdman.biz

Məqalədə: