“Xırdalan”ın baş məşqçisi: “Hədəfimiz hər ötən gün daha da artır”

Xəbərlər
10 Fevral 2024 22:04
135
“Xırdalan”ın baş məşqçisi: “Hədəfimiz hər ötən gün daha da artır”

“NTD-İNDIQO çox keyfiyyətli yerli və əcnəbi oyunçulara sahib olan komandadır”.

İdman.biz xəbər verir ki, bunu "Xırdalan"ın baş məşqçisi Uğur Özdəmir deyib.

Azərbaycan Basketbol Liqasının XIV turunda NTD-İNDIQO ilə qarşılaşacaq paytaxt təmsilçisinin çalışdırıcı son oyunlardakı uğurlu çıxışa toxunub: “Bizim üçün kritik qarşılaşma olacaq. 1 həftə ərzində çox yaxşı hazırlıq keçmişik. Müəyyən əksiklərimizin olmasına rəğmən bu matçda yaxşı oyun göstərməyə çalışacağıq. Son 7 oyunun 6-da qələbə qazanmışıq. Bu çox vacib nüansdır. Amma hədəfimiz hər ötən gün daha da artır. Buna görə də qarşıda bizi gözləyən bütün oyunları qələbə ilə başa vurmaq arzusundayıq”.

Qeyd edək ki, NTD-İNDİQO - “Xırdalan” matçı sabah saat 14:00-da start götürəcək.

İdman.biz