Şəhriyar Əsgərov: “4-cü periodda özümüzə gəldik”

Xəbərlər
10 Fevral 2024 00:06
143
Şəhriyar Əsgərov: “4-cü periodda özümüzə gəldik”

“Komanda son zamanlar elədiyi səhvi təkrarladı. Yenə də ilk 3 periodda zəif oynadıq. Xüsusilə də Kobi Tomasın oyunu qətiyyən alınmadı. Bizim ona ümidlərimiz böyük olsa da, Kobi bu gün heç nə ilə yadda qalmadı”.

İdman.biz xəbər verir ki, bunu “Cəlilabad" basketbol klubunun baş məşqçisi Şəhriyar Əsgərov deyib.

Azərbaycan Basketbol Liqasının XIV turunda "Sumqayıt"a 99:109 hesabı uduzan komandanın çalışdırıcısı sona yaxın riskə getdiklərini bildirib: “Yalnız 4-cü periodda özümüzə gəldik. Ancaq artıq gec idi. Əslində oyunçularımı çox qınaya da bilmirəm. Çünki onlar həmişəki kimi sona qədər mübarizə apardılar. Bəzi anlarda Levan Qoqaladze, bəzən Raşon Conson, eləcə də Camani Pirs yaxşı mənada seçilsələr də, komandamın ən yaxşısı yenə də Zaur Paşayev idi. Mükəmmələ yaxın oynadı. Sadəcə yekunda onun da gücü çatmadı. Digər tərəfdən də yeni transferimiz Çeyx Kebenin mübarizliyinə vurğulamaq istəyirəm. Matçın sonlarında yenə də risk edib fərdi və personal müdafiəyə keçdik, bunun sayəsində xal fərqini əridə bildik. Ancaq bu işi sonuna qədər çatdıra bilmədik və məğlub olduq. Məğlubiyyətin həm də əsas səbəblərindən biri də "Sumqayıt" komandasında bu gün hər şey alınması idi. Nə atırdılarsa, səbətə düşürdü. "Sumqayıt"ın üçxallıq atışları çox yaxşı alındı."

Qeyd edək ki, “Cəlilabad” mövsümdə 9-cu dəfə uduzub.
İdman.biz