“Xırdalan”ın baş məşqçisini narahat edən məqam

Xəbərlər
31 Yanvar 2024 23:28
152
“Xırdalan”ın baş məşqçisini narahat edən məqam

"Bu gün 3 xallıq atışlardan istədiyimiz kimi yararlana bilmədik".

İdman.biz xəbər verir ki, bunu "Xırdalan" basketbol klubunun baş məşqçisi Uğur Özdemir deyib.

Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Liqasının XIII turunun açılış matçında "Gəncə" üzərindəki qələbəni şərh edib. Özdemir ötən turda "Sabah"ı məğlub etdikdən sonra komandasından daha yaxşı oyun gözləsə də, ümidləri doğrulmayıb: "Basketbolçuların bu oyuna tam kökləndiyini düşünürdüm. Amma "Sabah" qələbəsindən sonra bu matça köklənməkdə çətinlik çəkdikləri hiss olundu. Bu məqam məni narahat edir və onlarla söhbətim olacaq. Bundan əlavə, oyunda qayda pozuntularının sayı çox idi. Bu tempin aşağı düşməsinə gətirib çıxarırdı. Fasilədən öncə "NTD-İndiqo" ilə oyunumuz var. Qələbə qazanıb uğurlu seriyanı davam etdirmək istəyirik".

Qeyd edək ki, "Xırdalan" "Gəncə"yə 93:87 hesabı ilə qalib gəlib.

İdman.biz