“Neftçi” iki amerikalı ilə güclənib - FOTO

Xəbərlər
31 Yanvar 2024 18:23
182
“Neftçi” iki amerikalı ilə güclənib - FOTO

“Neftçi” basketbol klubu heyətini gücləndirib.

İdman.biz xəbər verir ki, komanda iki amerikalı basketbolçu ilə müqavilə bağlayıb.

Xorvatiyanın “Omis” komandasından gələn 188 sm boya malik olan Uilis Alfonso Ninfas müdafiəçi mövqeyində çıxış edir. Styuvart De Ancelo Uilyam isə son olaraq Yunanıstanın “Megaridas” klubunun şərəfini qoruyub. 196 sm boya malik olan amerikalı basketbolçu hücumçu mövqeyində çıxış edir.

Qeyd edək ki, “Neftçi” Azərbaycan Basketbol Liqasında 12 oyundan sonra 8 qələbə qazanıb, 4 dəfə uduzub.

İdman.biz