Azərbaycan Basketbol İkinci Liqasının start tarixi dəqiqləşib

6 Oktyabr 2026 18:26
102
Azərbaycan Basketbol İkinci Liqasının start tarixi dəqiqləşib

Azərbaycan Basketbol İkinci Liqasının (ABL2) ilk mövsümünə noyabrın 20-də start veriləcək.

İdman.Biz xəbər verir ki, 2026/27 mövsümündə ABL2-də altı komanda mübarizə aparacaq. Bunlar “Şəki”, “Quba”, “Lənkəran”, “Alov Basket”, Azərbaycan İdman Akademiyası (ASA) və AzTU-dur.

Müntəzəm mövsüm dörd dövrədən ibarət olacaq. Ardınca pley-off mərhələsi keçiriləcək.

Qeyd edək ki, ABL-də çıxış edən 2005-ci il təvəllüdlü və daha gənc basketbolçular ikili lisenziya sistemi ilə ABL2-də də oynaya biləcəklər. ABF bu sistemi gənc basketbolçuların daha çox oyun praktikası qazanması və inkişafının sürətləndirilməsi məqsədilə tətbiq edir.

İdman.Biz