“Neftçi” Dünya Seriyasının ümumi hesabında ikinci yeri tutmaqda davam edir

Xəbərlər
2 Sentyabr 2023 10:10
72
“Neftçi” Dünya Seriyasının ümumi hesabında ikinci yeri tutmaqda davam edir

Qadınlardan ibarət komandalar arasında 3x3 formatı üzrə Ümumdünya Basketbol Seriyasının ümumi hesabında "Neftçi" ikinci pillədə möhkəmlənib.

İdman.biz-in məlumatına görə, Fransada mərhələdə ikinci yer Azərbaycan klubuna 80 xal gətirib. Ümumilikdə komandanın 831 xalı və cari seriyada ikinci yeri var ki, bu da ona Ulan-Batorda (16-17 sentyabr) final turnirinə vəsiqə qazanmağa imkan verir.

Eyni zamanda, Azərbaycan komandası 199 xalla 23-cü pillədə qərarlaşıb.

Ümumi hesabda Çin komandası liderdir (1033), Fransa isə üçüncü yerdədir (720).

Nicat Zəkiyev

İdman.biz