Azərbaycan çempionatında mövsümün 4-cü məhsuldarlığı qeydə alınıb

Xəbərlər
25 Yanvar 2024 10:33
107
Azərbaycan çempionatında mövsümün 4-cü məhsuldarlığı qeydə alınıb

Azərbaycan Basketbol Liqasında mövsümdə 4-cü dəfə hər iki komanda 100 xal toplayıb.

İdman.biz xəbər verir ki, bu, XII turun “Sabah” – “Xırdalan” qarşılaşmasında baş verib.

Qonaq komanda 107:103 hesablı qələbə qazanıb. Bu matçadək mövsümdə üç dəfə hər iki komandanın xalları üç rəqəmlə ifadə olunub.

Noyabrın 23-də “Sərhədçi” “Gəncə”ni 109:108, dekabrın 13-+də “Xəzri” “Sərhədçi”ni 117:100 hesabı ilə məğlub edib. Dekabrın 9-da isə “Cəlilabad” “Gəncə”yə uduzub – 108:114.

“Sabah” – “Xırdalan” görüşündə ümumilikdə 210 xal qeydə alınıb. Bu da mövsümün 4-cü göstəricisidir. Yalnız üç dəfə daha çox xala təsadüf olunub.

İdman.biz

Məqalədə: